Dünya ulduzu falçıdan-cadudan kömək umur - keçmiş ərini geri qaytarmaq üçün

23 Oktyabr 2025 18:00

Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopez ayrılıqdan sonra mistik üsullara müraciət etməyə başlayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, xarici mediada yayılan məlumatlara görə, Ben Affleklə yollarını ayırmaqla barışa bilməyən Lopez onu geri qaytarmaq üçün falçı və enerjiterapiya seanslarına gedir.

56 yaşlı sənətçinin tarot kartları ilə baxışlar etdirdiyi, enerji təmizlənməsi və astroloji məsləhət seanslarına qatıldığı, bu işlərə isə xeyli vəsait xərclədiyi iddia olunur.

Müğənniyə yaxın mənbələr bildiriblər ki, Cennifer Lopez hələ də bu ayrılığı tam qəbul etməyib və Benlə münasibətlərinin bitdiyinə inanmaq istəmir.

Cütlüyü hələ də birləşdirən əsas məsələ isə onların birgə aldıqları, dəyəri 68 milyon dollar olan möhtəşəm malikanədir.

Ben Afflek evin qiymətinin azaldılaraq satılmasına razılıq versə də, Lopez bu fikrə qarşı çıxır və hazırda həmin evdə yaşamağa davam edir. Əmlak mütəxəssisləri isə satışın reallaşması üçün qiymətin ən azı 15 faiz endirilməsinin vacib olduğunu bildiriblər.

Musa
Milli.Az