Azərbaycanda maşında doğulan körpə yol bağlandığı üçün öldü

23 Oktyabr 2025 13:42

Xaçmazda yol bağlanması səbəbindən avtomobildə doğulan körpə dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, 1985-ci il təvəllüdlü X.A. doğum üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən ərazidən keçən dəmir yolu xətti təmirə görə bağlandığından xəstəxanaya çata bilməyib.

Nəticədə doğuş "VAZ-21010" markalı avtomobildə baş verib, lakin körpənin həyatını xilas etmək mümkün olmayıb. Ana X.A. xəstəxanaya yerləşdirilib və hazırda Ginekologiya və Doğum şöbəsində müalicəsi davam edir, vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır./ Report

Milli.Az