17:08
Qaradağ rayonu, Ələt qəsəbəsində avtomobil yanacaqdoldurma məntəqəsində partlayıb.
Milli.Az xəbər verir ki, maye qazla işləyən "Mercedes" markalı avtomobildə yanacaq doldurarkən anidən partlayış baş verib.
Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində avtomobildə partlayış baş verib.
Əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin qaz balonunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Partlayış nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bakının Qaradağ rayonunda avtomobildə partlayış olub.
Milli.Az xəbər verir ki, partlayış nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Mercedes" markalı avtomobilin qaz balonunda yanğınla müşayiət olunmayan partlayış baş verib.
Milli.Az görüntüləri təqdim edir:
İsmayıl
Milli.Az