Mingəçevirdə kanalda batan şəxsin meyiti tapıldı

23 Oktyabr 2025 13:02

Ötən gün Mingəçevir şəhərində Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.

Milli.Az xəbər verir ki, FHN əməkdaşları tərəfindən tapılan meyit təhvil verilib.

***

Mingəçevir sakini kanalda boğulub.

Mingəçevir şəhər sakini, 39 yaşlı Bəxtiyar Məmmədov Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb.

Onun ehtiyyatsızlıqdan suya düşdüyü ehtimal olunur.

B.Məmmədovun tapılması istiqamətində axtarışlar aparılır.

Milli.Az