Meyvə-tərəvəz 2 qat bahalaşa bilər

23 Oktyabr 2025 19:00

Hazırda bazarlarda həm mövsümü, həm də mövsümü olmayan meyvə-tərəvəzləri görmək olar. Mövsüm dəyişdikcə qiymətlər də dəyişir. 

Bəs hazırda bazarda qiymətlər necədir? 

Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, bazarda hər müştərinin cibinə uyğun məhsul var:

"Bir neçə ayla müqayisədə hazırda qiymətlər münasibdir. Seçmə mallar da var. Mandarin 3 manatdır, elə mandarin də var ki, 5 manatdır. O məhsuldan asılıdır. Əgər məhsulun sezonudursa, qiyməti münasib olur. Amma sezonu bitənə yaxındırsa, qiymət 2 qat bahalaşa bilər". 

Alıcılar isə qiymətlər barəsində bir qədər fərqli düşünürlər:

"Qiymətlər bir az bahadır, amma qiyməti ucuz olan məhsulun isə keyfiyyəti yaxşı deyil". 

Alıcılar düşünürlər ki, bazardan kənarda həmin məhsulu daha münasib qiymətə almaq olar. 

Bazara yerli vətəndaşlarla yanaşı, turistlər də üz tutur. Onlar isə bazar qiymətlərinin münasib və istənilən məhsulun əlçatan olduğunu bildirirlər. 

Aysel Əkbər
Milli.Az