Arda Güler "ən yaxşı" seçilməsinə belə reaksiya verdi - VİDEO

23 Oktyabr 2025 10:45

Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Real Madrid" doğma meydanda İtaliyanın "Yuventus" klubunu minimal hesabla məğlub edib.

Milli.Az-ın məlumatına görə, görüşün ən yaxşı futbolçusu "Real"ın türkiyəli yarımmüdafiəçisi Arda Gülər seçilib.

Matçdan sonra təşkilatçılar tərəfindən 8,5 xalla qiymətləndirilən Gülərə bu barədə xəbər verilərkən onun təəccüblənməsi kameralara yansıyıb. Gənc futbolçunun mimikaları sosial şəbəkələrdə maraqla qarşılanıb.

Daha sonra Arda Gülərə "oyunun ən yaxşısı" mükafatı təqdim olunub.

Qeyd edək ki, qarşılaşma "Real Madrid"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Hüseyn
Milli.Az