Nazirliyin sistemində problem oldu: Ünvanlı dövlət sosial yardıma imtina gəldi - FOTO

23 Oktyabr 2025 10:28

Ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sistemində problem yaranıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, ƏƏSMN-nin sistemində yaranmış problemə görə, ünvanlı dövlət sosial yardım müraciətinə imtina gəlib.

İmtina bildirişində göstərilib ki, qurumlararası yoxlanış üzrə vətəndaş müraciətlərinin emalı zamanı texniki problem yaşanıb.

Yalnız rəsmi müraciətdən sonra sözügedən xəta aradan qaldırılıb.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı -  aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.

Mehman Əsədov
Milli.Az