Bütün sosial ödənişlər sabah veriləcək

23 Oktyabr 2025 10:11

Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənişinin yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Milli.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Milli.Az