Təyyarə havaya qalxarkən qəzaya uğradı - Ölənlər var - ANBAAN VİDEO

23 Oktyabr 2025 10:22

Venesuelanın qərbində yerləşən Taçira ştatındakı Paramillo hava limanında təyyarə qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, bu barədə Mülki Aviasiya üzrə Milli İnstitut (INAC) məlumat yayıb.

Qəza nəticəsində iki nəfər həyatını itirib.

"Hadisədən dərhal sonra müvafiq protokollar işə salınıb və hava limanının yanğınsöndürən briqadası qəzanın nəticələrinə cavab tədbirləri görüb," - deyə bildirilib.

Qurumun məlumatına görə, qəzanın səbəblərini müəyyənləşdirmək üçün istintaq aparılır.

Milli.Az