Rusiyada 6 bal gücündə zəlzələ oldu

23 Oktyabr 2025 09:11

Rusiyanın Kamçatka regionunda 6 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Milli.Az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Verilən açıqlamaya əsasən, zəlzələnin episentri 8,9 kilometr dərinlikdə, Petropavlovsk-Kamçatski şəhərindən təxminən 233 kilometr uzaqlıqda yerləşib.

Kənan
Milli.Az