Xalq artistinin illər öncəki toy görüntüləri yayıldı – gəlinlikdəki halı gündəm oldu - VİDEO

26 Oktyabr 2025 17:58

Xalq artisti Məleykə Əsədovanın illər öncəki toy mərasimindən görüntülər sosial şəbəkələrdə yayılıb.

Milli.Az xəbər verir ki, videoda aktrisanın gəlinlik geyimində və xoşbəxt anlarını yaşadığı anlar əks olunub. Həmin kadrlar qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İzləyicilər Məleykə Əsədovanın illər öncə də böyük zəriflik və gözəlliyə sahib olduğunu vurğulayaraq çoxsaylı rəylər yazıblar. Bir çoxları onun "zaman keçsə də dəyişməyən gözəlliyini" xüsusi qeyd edib. Bəzi izləyicilər isə estetik əməliyyatların rolunu qeyd ediblər.

Qeyd edək ki, Məleykə Əsədova illər öncə ailəsi dağılıb. Onun bu nikahdan Gülər adlı qızı var.

Hüseyn
Milli.Az