Gəncədə yük maşını ilə minik maşını toqquşdu -- xəsarət alanlar var - FOTO

22 Oktyabr 2025 19:49

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford Transizt" markalı yük avtomobili ilə minik maşını toqquşub. Qəza zamanı 1967-ci il təvəllüdlü N.Sadıqov və 1961-ci il təvəllüdlü S.İbrahimova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az