“Atam məni tanımır” - göz yaşları sel oldu - VİDEO

22 Oktyabr 2025 19:18

Şairə Nazilə Səfərli efirdə kövrəlib.

Milli.Az xəbər verir ki, Nazilə atasının xəstəliyindən danışarkən göz yaşlarına hakim ola bilməyib.

Şairə "Tarixin bir günü" verilişində xərçəngdən əziyyət çəkən atasının onu tanımadığını bildirib:

"Atamgilə getmişdim, dedim, ay ata, gözün aydın, qız nəvənə üzük gəlir bu həftə. Bacımın qızına 6-cı gün həri üzüyü gəlir. Atam keçib içəri, anama deyib o gəlin kim idi? Məni tanımayıb atam. Anam deyib sənin qızındır". (olay)

Milli.Az