Verilişlərin birində gözlənilməz hadisə baş verib.
Milli.Az xəbər verir ki, mahnıya görə aralarında narazılıq olan müğənnilər Mehriban Qənbərova və Nişanə Baxışova canlı efirdə üz-üzə gəliblər.
Proqrama qəfil "basqın edən" Mehriban Qənbərova verilişin qonağı olan xanəndə Nişanə Baxışova ilə mahnı üstündə mübahisə edib. Müğənninin efirdə səsləndirdiyi sərt fikirlər gərginliyə səbəb olub.
Mehriban Qənbərova əsəblərini cilovlaya bilməyərək yüksək səslə etirazını bildirib, Nişanə isə sakitliyini qoruyaraq qarşı tərəfin reaksiyasına cavab verməyib.
Hadisə sosial mediada da böyük səs-küyə səbəb olub. İzləyicilərin bir qismi Mehriban Qənbərovanı haqqlı saysa da, digərləri bu cür mübahisələrin canlı efirdə yaşanmasını doğru hesab etməyib.
Musa
Milli.Az