Soyuğa məhəl qoymadı, dənizə girdi - Bulvardan görüntülər - VİDEO

22 Oktyabr 2025 17:09

Bakının Dənizkənarı Milli Parkında qeyri-adi hadisə yaşanıb.

Milli.Az xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, kimliyi müəyyənləşməyən qadın geyimli halda dənizə daxil olaraq üzməyə başlayıb.

Şahidlərin sözlərinə görə, qadının turist olduğu ehtimal edilir.

Hadisə ərazidə olan insanlar tərəfindən lentə alınıb.

Qeyd edək ki, sözügedən sahə çimərlik üçün nəzərdə tutulmadığından burada dənizə girmək qadağandır.

Həmin görüntüləri təqdim edirik.

Fidan
Milli.Az