Yaşayış minimumu artırılır – 2026-cı il üçün yeni rəqəm açıqlandı

22 Oktyabr 2025 15:58

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri qeyd edib ki, 2026-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq.

Məlumat üçün bildirək ki, 2025-ci ildə yaşayış minimumu və ehtiyac meyarı 285 manat müəyyənləşdirilib.

Milli.Az