"Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" yubiley medalı təsis edilib.
Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib.
"Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə" və medalın təsviri təsdiq edilib.
Dövlət başçısı müvafiqin Qanunun icrası ilə bağlı Fərman imzalayıb.
Fərmana əsasən, "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə"nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir, həmin Əsasnamənin 2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi nəzərdə tutulur, "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrinə verilir.
Milli.Az