Eşqi Bağırov məktəb direktorunu işdən çıxardı

22 Oktyabr 2025 11:33

Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elşad Kərimov işdən azad edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyindən Milli.Az-a verilən məlumata görə, bu barədə agentliyin direktoru Eşqi Bağırov əmr imzalayıb.

Elşad Kərimov fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Milli.Az