Bakıda həmin avtobusların oturacaqları 1 aydır qırıq qalıb - VİDEO

22 Oktyabr 2025 12:20

Bir ay əvvəl  paytaxt sakinlərinin 114B nömrəli marşrut avtobusunun vəziyyətindən narazılıq etdikləri barədə məlumat paylaşmışdıq.

Milli.Az-a müraciət edən sərnişinlərin sözlərinə görə, bu müddət ərzində heçnə dəyişməyib.

"Bu marşrut xəttində hərəkət edən avtobuslar tez-tez nasaz olur, salonlar baxımsız vəziyyətdədir, kondisioner sistemi isə ya işləmir, ya da ümumiyyətlə yoxdur".

Məsələ ilə bağlı AYNA-dan Milli.Az-ın sorğusuna cavab olaraq bildirilmişdi ki, 114A və 114B nömrəli müntəzəm marşrutun daşıyıcısına sərnişindaşıma normalarına riayət edilməsi və avtobus parkının yenilənməsi ilə bağlı tapşırıqlar verilib:

 

"Hazırda Bakı şəhərinin inzibati ərazisində nöqsanlar aşkar edilən bütün müntəzəm marşrutlarda avtobusların yenilənməsi, eyni zamanda müsabiqəyə çıxarılaraq balansında tələblərə cavab verən nəqliyyat vasitələri olan daşıyıcıya həvalə edilməsi istiqamətində müvafiq işlər həyata keçirilir. Görülən işlər çərçivəsində 114A və 114B nömrəli müntəzəm marşrutlar da müsabiqəyə çıxarılaraq avtobusların yeniləri ilə əvəz edilməsi təmin ediləcək". 

Vəziyyətin dəyişmədiyini görən sərnişinlər isə təngə gəlib.

 

 
 
 
 
 
View this post on Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Milli.Az.official (@milli.az.official)

Asya Hüseyn
Milli.Az