"Ermənistan ikitərəfli tranziti təmin etməyə hazırdır" - Paşinyan

22 Oktyabr 2025 10:55

Paşinyan İrəvanın Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazır olduğunu bildirib

Milil.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumunun açılış mərasimində çıxışında deyib.

"Bu gündən etibarən biz Ermənistan ərazisi vasitəsilə Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yüklərin tranzitini təmin etməyə hazırıq", - deyə baş nazir bildirib.

Milli.Az