Landau Education Group, SAĞLAM AİLƏ Tibb Mərkəzi və Zəfər Tibb Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

22 Oktyabr 2025 11:00

Landau Education Group ilə ölkənin aparıcı tibb müəssisələrindən olan SAĞLAM AİLƏ Tibb Mərkəzi və Zəfər Tibb Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum LANDAU School-un valideynləri və şagirdləri üçün tibbi xidmətlərə daha əlçatan imkanlar yaratmağı və tərəflər arasında uzunmüddətli strateji əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.

Əməkdaşlıq çərçivəsində valideyn və şagirdlər yüksək keyfiyyətli tibbi xidmətlərdən yararlana biləcək, müasir texnologiyaların tətbiqi və peşəkar mütəxəssislərin dəstəyi ilə sağlamlıq xidmətlərindən faydalanacaqlar. Memorandum həmçinin razılaşdırılmış kampaniyalar, endirimlər və xüsusi tibbi paketlərin təqdim edilməsini nəzərdə tutur ki, bu da LANDAU School-un valideynlərinə təqdim olunan "Loyallıq" proqramının əsas hissəsini təşkil edir.
Tərəflər tibbi xidmətlərin qanunvericilik normalarına və beynəlxalq standartlara uyğun şəkildə göstərilməsini təmin edəcək, keyfiyyətə davamlı nəzarət mexanizmlərini tətbiq edəcəklər. 22 illik təcrübəyə malik, TÜRKAK akkreditasiyalı SAĞLAM AİLƏ Tibb Mərkəzi ilə Zəfər Tibb Mərkəzi tərəfindən təqdim olunan xidmətlərin hər biri valideyn və şagirdlərin sağlamlığını ön planda tutaraq etibarlı, səmərəli və müasir yanaşmalar əsasında həyata keçiriləcək.

Bu əməkdaşlıq həm təhsil, həm də sağlamlıq sahəsində valideyn və şagirdlər üçün əlavə üstünlüklər və imkanlar təmin etməklə cəmiyyətin rifahına mühüm töhfə verəcək. Memorandum gələcəkdə birgə təşəbbüslərin, kampaniyaların və sağlamlıq sahəsində layihələrin reallaşdırılması üçün möhkəm təməl  yaradacaq, həmçinin tərəflər arasında davamlı əməkdaşlığın inkişafına zəmin hazırlayacaq. 

Milli.Az