1 həftəlik qapıçı transfer etdilər

22 Oktyabr 2025 14:22

İngiltərənin "Şeffild Uensdey" klubu qapıçı mövqeyini gücləndirmək üçün qısamüddətli icarə müqaviləsi imzalayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Bristol Siti"nin 30 yaşlı qapıçısı Co Lamli cəmi 7 günlük icarə əsasında "Şeffild Uensdey"in heyətinə qoşulub.

Komanda bu addımı əsas qapıçı İtan Horvatın cəzalı olması səbəbindən atıb.

Qeyd edək ki, "Şeffild Uensdey" hazırda İngiltərə Çempionşipində sonuncu - 24-cü pillədə qərarlaşıb.

Hüseyn
Milli.Az