"Qarabağ"ın futbolçusu Kevin Medina Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Atletik"lə sabahkı matç haqda danışıb.
Milli.Az xəbər verir ki, 32 yaşlı müdafiəçi görüşdən əvvəl təşkil olunan mətbuat konfransında oyunun çətin keçəcəyini deyib:
"Bu matç həm onlar, həm də bizim üçün çox çətin oyun olacaq. Hazırlığımız yalnız Uilyams qardaşlarına qarşı deyil, bütövlükdə "Atletik" komandasınadır. Onlar klubun simalarıdırlar, amma biz təkcə onlara qarşı oynamırıq. Sabah bütün komandaya qarşı ciddi mübarizə aparmaq üçün hazırıq".
Ötən mövsüm istədiyi səviyyədə olmadığını xatırladan kolumbiyalı futbolçu hazırda özünü əla hiss etdiyini söyləyib: "Keçən mövsüm öz istədiyim səviyyədə deyildim və bu, mənim üçün böyük motivasiya oldu. Öz üzərimdə çox işlədim, psixoloji cəhətdən də daha güclü oldum. Hazırda əla hiss edirəm. İnsan səhvlərdən nəticə çıxarmalıdır və mən bu mövsüm əvvəlkindən daha yaxşıyam".
Milli.Az