Qızın ağzı qəfil əyildi - ağlasığmaz səbəb

21 Oktyabr 2025 22:49

ABŞ-də diş həkimindən çıxan gənc qadının ağzı anesteziya təsiri səbəbindən avtomobilə mindikdən sonra birdən əyilməyə başlayıb. Güzgüyə baxan qadın qorxuya düşüb, rəfiqəsi həmin anları kamera vasitəsilə qeydə alıb.

Milli.Az xəbər verir ki, hadisə, gənc qadının diş müalicəsindən sonra yerli anesteziya (lokal keyləşdirmə) altında olduğu vaxt baş verib.

Mütəxəssislər bildiriblər ki, bu vəziyyət diş həkimlərinin tez-tez tətbiq etdiyi lokal anesteziyanın müvəqqəti yan təsiridir.

Adətən bu uyuşma və əyilmə bir neçə saat ərzində keçib gedir və ciddi sağlamlıq problemi yaratmır.

Lalə Qüdrətova
Milli.Az