Əti pambıq kimi edir - tək bir inqrediyent kifayətdir

21 Oktyabr 2025 22:35

Evdə bişirdiyiniz ət çox sərt olur? Aşpazların da istifadə etdiyi elmə əsaslanan sadə üsulla, yalnız soda (yəni qabartma tozu) sayəsində ətinizi qısa zamanda yumşaq və ləzzətli hala gətirə bilərsiniz. 

Milli.Az xəbər verir ki, soda ətin səthindəki pH dəyərini artırır, bu da əzələ lifləri arasındakı zülal bağlarını zəiflədir. Nəticədə bişirmə zamanı ət bərkimir və sərtləşmir. Bu proses ətin həm yumşaq, həm də daha şirəli olmasına şərait yaradır.

Bu üsul xüsusilə dana sote, bifştek, quşbaşı kimi sərt ət növlərində çox effektlidir.

Əti hazırlayıb səthini bir qədər nəm edin. Hər 500 qram ət üçün yarım çay qaşığı (təxminən 1 qram) soda səpin. Tozun ətin hər tərəfinə bərabər yayılmasına diqqət edin.

Əti soyuducuda nazik dilimlər üçün 15-30 dəqiqə, qalın tikələr üçün 1-2 saat saxlayın.

Göstərilən vaxt bitdikdən sonra əti yuyun, qurulayın və istədiyiniz kimi bişirin.

Bu proses ətin liflərini boşaldır və bişirdikdən sonra müxtəlif növlü yeməklərdə yumşaq tekstura əldə etməyə imkan verir.

Çox miqdarda soda istifadə etmək ətin strukturunu poza və sabun dadı yarada bilər.

Əti həddindən artıq uzun müddət gözlətmək onun formasını dağıda bilər.

Soda yalnız yumşaldıcı təsir göstərir - dad və ətir üçün əlavə olaraq marinad sousu və ya ədviyyat qarışığı istifadə etmək lazımdır.

Əti bişirməzdən əvvəl zeytun yağı, qatıq və ya süd ilə qısa müddətlik marinad etmək, sodanın təsirini artırır və nəticədə daha şirəli və yumşaq ət əldə etməyə kömək edir.

Lalə Qüdrətova
Milli.Az