Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, Faiq Mütəllimov öz istəyi ilə şöbə müdiri vəzifəsindən ayrılıb.
O, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəliyinə təyinat alıb.
Qeyd edək ki, 2013-cü ildən nazirlikdə çalışan Faiq Mütəllimov 2021-ci ildən Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi sabiq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir.
Milli.Az