Rusiya-ABŞ sammiti nə vaxt olacaq?

21 Oktyabr 2025 18:21

Rusiya-ABŞ sammitinin dəqiq vaxtı hələ müəyyən olunmayıb.

Milli.Az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, prezidentlər arasında anlaşma olsa da, tarix açıqlanmadığı üçün tədbirin təxirə salınmasından danışmaq mümkün deyil.

Onun sözlərinə görə, ciddi hazırlıq tələb olunur və bu proses vaxt aparır. Peskov bildirib ki, Moskva işgüzar əhval-ruhiyyədədir və qarşıda çətin bir proses gözlənilir.

Asya
Milli.Az