Məşhur klinikanın külli miqdarda borcu üzə çıxdı

21 Oktyabr 2025 16:02

Bakıda yerləşən "İstanbul NS" klinikasının külli miqdarda vergi borcu yaranıb.

Milli.Az xəbər verir ki, hazırda klinikanın dövlətə 77 750 manat vergi borcu var.

Qeyd edək ki, qanuni təmsilçisi Azər Qənbər oğlu Nəsirov olan klinika daha öncə İnzibati Xətallar Məcəlləsinin tələblərini pozduğuna görə məhkəməlik olub. Belə ki, klinika barədə ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktiki tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına dair iddia qaldırılıb./ teleqraf

Milli.Az