Bakının mərkəzində "aləmi bir-birinə qatan" maşınlar kimindir? - VİDEO

21 Oktyabr 2025 15:30

Bir neçə gündür sosial şəbəkələrdə yayılan videolar müzakirə mövzusuna çevrilib.

Milli.Az bildirir ki, videoda UAZ avtomobillərinin Bakının mərkəzi küçələrində "aləmi bir-birinə qatması" əks olunub.

Videoların birində "Kamaz"la maşınları əzirlər, digərində "UAZ" bazarı yara-yara keçir.

Milli.Az-ın əldə etdiyi məlumata görə videolar film çəkilişindəndir. Belə ki, yaponların "Vivant" serialının davamı Azərbaycanda lentə alınır.

İsmayıl
Milli.Az