Sabah duman olacaq

21 Oktyabr 2025 15:10

Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 22-də gecə və səhər bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Milli.Az