Murat Dalkılıç 12-ci dəfə əməliyyat olundu - FOTO

21 Oktyabr 2025 15:42

Türkiyənin sevilən müğənnisi Murat Dalkılıç 12-ci dəfə əməliyyat olunub.

Milli.Az xəbər verir ki, sənətçi anadangəlmə sümük problemi səbəbindən 12-ci dəfə burun əməliyyatı keçirib.

Dalkılıç bundan əvvəl 11 dəfə burun əməliyyatı olunmuşdu. Bu dəfəki müdaxilə isə nəfəsalma problemlərini tam aradan qaldırmaq məqsədi daşıyır.

Əməliyyatdan sonra televiziya proqramlarından birində müğənninin toydan çəkilmiş fotosu nümayiş etdirilib.

Yeni görüntüləri qısa zamanda sosial mediada böyük maraq doğurub.

Milli.Az