“Green Card” lotereyasının vaxtı təxirə salındı

21 Oktyabr 2025 15:38

ABŞ "Green Card" lotereyası ilə bağlı açıqlama yayıb.

Milli.Az xəbər verir ki, Federal hökumətin fəaliyyətinin dayandırılması səbəbindən vacib sayılmayan xidmətlər müvəqqəti dayandırılıb.

Buna görə də "Green Card" lotereyası yalnız hökumət fəaliyyətini bərpa etdikdən sonra yenidən keçiriləcək. Müraciət etmək istəyənlərə səbr etmələri tövsiyə olunur.

Asya Hüseyn
Milli.Az