Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata görə, kasksız motosiklet sürücüsü, arxasında sərnişin olduğu halda, motosikletin ön hissəsini qaldıraraq hərəkət edib.
Bu zaman o, qarşısında gedən avtomobilə çırpılıb. Hadisə təhlükəsizlik kamerasına düşüb.
Qəza nəticəsində motosikletdə olan hər iki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Hüseyn
Milli.Az