Qumrala 50.000 manatlıq maşın hədiyyə etdilər - tanınmış iş adamı

21 Oktyabr 2025 13:53

Müğənni Qumral Musayeva maraqlı açıqlama verib.

Milli.Az xəbər verir ki, səntəçi qonaq olduğu efirlərin birində ona hədiyyə olunan 50 minlik maşından danışıb.

"Bəli, mənə 50 min azn dəyərində avtomobil hədiyyə olunub. Tanınmış iş adamıdır. Özü də xanımdır. Öncə yazmışdı, daha sonra məni yığdı. Çox imkanlı xanımdır. Ancaq əsla qəbul etməyəcəyim hədiyyədir. Kiməsə minnətli qalmaq istəmirəm. Sadəcə sevgisi üçün təşəkkürümü bildirdim".

Qeyd edək ki , Qumral Musayeva tez-tez rəqsləri və geyim tərzi ilə sosial şəbəkələrdə gündəmə gəlir.

Musa
Milli.Az