4-cü kurs tələbəsi qəfil vəfat etdi - FOTO

21 Oktyabr 2025 13:05

Milli Aviasiya Akademiyasının dördüncü kurs tələbəsi dünyasını dəyişib.

Milli.Az bildirir ki, unikal-ın yaydığı məlumata görə 2005-ci il təvəllüdlü Qəşəm Alıyev oktyabrın 19-da vəfat edib.

Hazırda gənc tələbənin ölüm səbəbi açıqlanmayıb.

Məlumat üçün bildirilib ki, Qəşəm Alıyevin atası da iki il əvvəl dünyasını dəyişib.

Milli.Az