Ermənistanda 2026-cı il yanvarın 1-dən məcburi hərbi xidmət müddəti azaldılacaq.
Milli.Az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan videomüraciətində bildirib.
Qərara görə, 2026-cı ilin qış çağırışından başlayaraq xidmət müddəti iki il deyil, bir il yarım olacaq.
Qeyd edək ki, Müdafiə Nazirliyi əvvəlcə xidmət müddətinin qısaldılmasını sentyabrda təklif etmişdi.
Milli.Az