"Hayal Kahvesi" kompaniya ilə insanları aldadır - İDDİA - AÇIQLAMA

21 Oktyabr 2025 15:02

Sosial şəbəkələrdə "Hayal Kahvesi" ilə bağlı şikayət yayılıb. 

Milli.Az xəbər verir ki, şikayətçi bildirir ki, o restorana bilet alarkən deyilən "1+1 kompaniyası"nın şərtləri ilə reallıq üst-üstə düşmür. 

Bəs bu iddia nə dərəcədə doğrudur? 

Məsələ ilə bağlı restorandan bildirilib ki, "1+1 kompaniyası" ilə bağlı sosial şəbəkələrdə yayılan videodan məlumatlıdırlar:

"Həmin videoda bizə qarşı ağır ittihamlar səsləndirilib. Bununla bağlı vəkillərimiz məşğul olur. Müştərinin istədiyi məhsul bitdiyi üçün ona başqa məhsullar təqdim edilib. Bu hal bütün restoranlarda ola bilər". 

Qeyd edək ki, Türkiyənin məşhur konsert və əyləncə məkanı olan "Hayal Kahvesi"nin Bakı şöbəsi 22.08.2022 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Yaqut Kılınç Etibar qızıdır. Məkanda bir çox tanınmış müğənnilərin konsertləri təşkil olunur.

"M Pro Tech" MMC isə 04.07.2022 tarixində dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Şükrü Hısıroğludur.

Asya
Milli.Az