Qazlı suyun bilinməyən faydaları

22 Oktyabr 2025 04:04

Yaponiyanın Küsü Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, qazlı su hüceyrələrin şəkər qəbulunu sürətləndirərək maddələr mübadiləsinə təsir göstərə bilər.

Milli.Az xəbər verir ki, tədqiqatlar göstərir ki, qazlı sudakı karbon qazı orqanizmə daxil olduqdan sonra qismən qan vasitəsilə bikarbonata çevrilir. Bu maddə qanın kimyəvi xüsusiyyətlərinə təsir edərək, qırmızı qan hüceyrələrinin içində pH səviyyəsini artırır. Bu dəyişiklik isə qlikoliz adlanan prosesin sürətlənməsinə səbəb olur, yəni hüceyrələr şəkəri daha sürətlə enerji mənbəyinə çevirir.

Alimlər bu təsiri hemodializ zamanı müşahidə olunan proseslərlə müqayisə ediblər. Hemodializdə də karbon qazından istifadə olunur və maddələr mübadiləsini oxşar şəkildə stimullaşdırır.

Tədqiqatda iştirak edənlərin qan şəkərində ciddi dəyişiklik müşahidə edilməsə də, alimlər hesab edir ki, qazlı su enerji mübadiləsinin tənzimlənməsində müəyyən fayda verə bilər. Onların fikrincə, qazlı su arıqlama vasitəsi deyil, lakin toxluq hissini artıraraq qlükozanın müvəqqəti azalmasına kömək edə bilər.

Tədqiqatçılar əlavə edib ki, bu nəticələr maddələr mübadiləsinin pozulmasının qarşısını almaq məqsədilə daha geniş elmi araşdırmalara yol açmalıdır.

Asya
Milli.Az