Nikola Sarkozi həbsxanaya arvadı ilə əl-ələ getdi - VİDEO

21 Oktyabr 2025 12:30

Fransanın keçmiş prezidenti Nikola Sarkozi bu gün 5 illik həbs cəzasını çəkmək üçün həbsxanaya yollanıb.

Milli.Az xəbər verir ki, 70 yaşlı Sarkozi çərşənbə axşamı səhər Parisin La Sante həbsxanasına gedərkən həyat yoldaşı Carla Bruni-Sarkozi ilə əl-ələ görüntülənib.

Evindən çıxarkən tərəfdarları "Nicolas, Nicolas" şüarları səsləndiriblər.

Nikola Sarkozi 2007-ci il prezident seçkiləri kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı ötən ay cinayətkar sui-qəsddə təqsirli bilinməsinə baxmayaraq, günahsız olduğunu bəyan edib.

Fidan
Milli.Az