Türkiyənin Bandırma Sənaye İdman Klubunun qapıçısı, 28 yaşlı Oğuzhan Kamacı məşq zamanı qəfildən halı pisləşərək vəfat edib.
Milli.Az xəbər verir ki, hadisə məşq prosesi zamanı baş verib.
Kamacı qəfil yerə yıxıldıqdan sonra komanda yoldaşları dərhal tibbi yardım çağırıblar. Sahədə ilkin tibbi müdaxilədən sonra o, Bandırma Təhsil və Araşdırma Xəstəxanasına aparılıb, lakin həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Futbolçunun meyiti dəqiq ölüm səbəbinin müəyyənləşdirilməsi üçün Bursa Ədli Tibb Qurumuna göndərilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Gənc qapıçının ölümü futbol ictimaiyyəti arasında dərin hüznə səbəb olub.
Milli.Az