Xərçəngdən əziyyət çəkən Baydenin yeni görüntüləri - VİDEO

21 Oktyabr 2025 16:21

2021-2025-ci illərdə ABŞ prezidenti olmuş Co Bayden prostat xərçəngi səbəbindən aldığı şüa müalicəsini tamamlayıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, "CBS" telekanalının məlumatına görə, 83 yaşlı Bayden oktyabrın 20-də Filadelfiyadakı xərçəng mərkəzində radiasiya müalicəsini bitirib. Hadisənin görüntülərini onun qızı Eşli Bayden sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, "The Washington Post" mayın 30-da Baydenin prostat vəzində aşkarlanan xərçəng səbəbindən müalicəyə başladığını bildirmişdi.

Milli.Az