Binəqədi rayonu Karl Maks adlanan ərazidə yol kənarı yaşıllıq ərazinin qəsdən qurulduğu iddia edilir.
Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, həmin ərazinin yerində obyekt inşa ediləcək:
"Düzəltmək istədikləri yeri bərbad günə qoydular. Yaşıllıq yerinə obyekt olacaq deyirlər".
Ərazidə işləri kim icra etdiyini müəyyən edə bilməsək də, quraşdırılan su borularından iddiaların əsassız olmadığı bəlli olur.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirildi ki, torpağın mülkiyyətçisi tərəfindən ərazidə tullantıların təmizlənməsi istiqamətində işlər həyata keçirilib. Yəni, burda yaşıllıq olmayıb. Ərazidə hansı işlərin görülməsi ilə bağlı isə hər hansı məlumat verilmədi.
Asya
Milli.Az