Türkiyədə küçədə çəkilən bu FOTO gündəm oldu

21 Oktyabr 2025 11:33

İstanbulda küçədə çəkilən görüntülər sosial mediada gündəm olub.

Milli.Az xəbər verir ki, "İsmayılağa" icmasının təşkil etdiyi "icazə" tədbirinin görüntüləri sosial şəbəkələrdə yayılıb.

318 şagird "icazə" tədbiri üçün İsmayılağa məscidindən Yavuz Sultan Səlim məscidinə doğru yürüş edib.

Yavuz Sultan Səlim məscidində 318 şagirdin iştirakı ilə "icazə" tədbiri keçirilib.

Qeyd edək ki, "İcazə" tədbiri müəllimin öz şagirdinə müəyyən bir elm və ya sənəti öyrətmək icazəsidir. Bu proses tələbənin din təhsilini başa vurduğunu təsdiq edən və bu bilikləri başqalarına ötürmək hüququ verən sənədin və ya ibadətin verilməsi ilə nəticələnir. 

Fidan
Milli.Az