“Amerikanın çoxlarının xəbərsiz olduğu silahları var”

21 Oktyabr 2025 10:05

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Avstraliyanın baş naziri Entoni Albanese ilə görüşün əvvəlində jurnalistlərə açıqlama verib.

Milli.Az xəbər verir ki, o, bildirib ki, Amerika hərbi baxımdan Çindən xeyli irəlidədir və onların arsenalında bir çoxlarının xəbərsiz olduğu qabaqcıl silah sistemləri mövcuddur.

Jurnalistlərin Çinin onilliklər ərzində ABŞ-ı qabaqlaya biləcəyi barədə təxminlərə münasibətini soruşduqda Tramp "Səhv qəzetləri oxuyursunuz. Biz hərbi baxımdan Çindən xeyli irəlidəyik" - deyə cavab verib. O, əlavə edib ki, Birləşmiş Ştatlar "çoxlu gəmilər tikməkdən başqa" digər bütün hərbi sahələrdə Çindən öndədir və bu üstünlüyü qoruyacaqlarını bildirib.

Tramp həmçinin süni intellekt (AI) texnologiyalarının hazırda həlledici əhəmiyyət kəsb etdiyini vurğulayıb. "Biz süni intellektdə Çini, hərbi baxımdan Çini qabaqlayırıq, mürəkkəb silahlar baxımından bir çox insanın belə bilmədiyi silahlarımız var," - deyə prezident bildirib.

Milli.Az