"Bir təsəllim o, idi ki, İlkin qayıdacaq"

21 Oktyabr 2025 00:19

"Özümü aparıcı hesab etmirəm. İndi də elədir. Aktyor kimi fəaliyyət göstərirəm.

İncəsənət sahəsi olduğu və aparıcılıqda da aktyorluq lazım gəldiyi üçün rahatdır. O vaxtlar İlkin Həsəni əsgərliyə gedirdi, "ATV maqazin"ə onun yerinə məni dedilər.

Etiraz etdim: həm televiziyaya yeni gəlmişdim, həm də aparıcılıq nədir bilmirdim.

Gedib İlkinin atası ilə də görüşmüşdüm. Bir il apardım, heç razı deyildim. Bir təsəllim o idi ki, İlkin qayıdacaq".

Milli.Az xəbər verir ki, bu sözləri aktyor Elşən Orucov "Mədəni şou" proqramında deyib.

O, aparıcılığından danışaraq, bunun ürəyincə olmadığını deyib.

Elşən verilişlərin bir-birini təkrar etməsindən söz açıb:

"Nə tamaşaçını, nə televiziyada çalışanları qınamaq olur. Bəzi mətbəx məsələsi var: fikirləşirsən ki, kimisə çağırıb şəxsi məsələdən sual versəm baxılacaq.

Bunun üçün böyük məbləğ ödəyib, dekor düzəltmək lazım deyil.

Televiziyada verilişlər bir-birinə özlərini rəqib sayıb, eyni mövzunu çalxalayırlar.

Müəyyən müddətdən sonra tamaşaçıya maraqlı gəlməyəcək və boşluq yaranacaq.

Televiziyamızda keyfiyyətli, amma reytinqi olmayan verilişlər var. Onlar gəlib öz yerini tutacaq". (axsam.az)

Milli.Az