"Yutub qazancım bütün müğənnilərin gəlirindən çoxdur"

20 Oktyabr 2025 21:39

Müğənni Şəbnəm Tovuzlu yutubdan qazadığı aylıq gəlirindən danışıb. 

Milli.Az xəbər verir ki, "Qonaqcanlı" verilişində qonaq olan sənətçi bütün sənətçilərdən çox qazandığını bildirib:

"Yutubdan qazancım məni qane edir. Azərbaycandakı bütün müğənnilərin gəlirindən çoxdur. Qədərini deməyəcəyəm. Özüm aylıq gəlirimi telefondakı tətbiqə daxil olub görə bilirəm".

Milli.Az