"Kurtlar Vadisi"nin məşhur aktyoru vəfat etdi - FOTO

20 Oktyabr 2025 17:41

Türkiyənin tanınmış aktyoru, "Kurtlar Vadisi" serialında canlandırdığı "Baba Memduh" obrazı ilə yaddaşlara həkk olunan Namık Kemal Yiğittürk 80 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, məlumatı sənətçi Onur Akay sosial mediada paylaşıb. O, açıqlamasında belə yazıb:

"Kurtlar Vadisi'nin Baba Memduh'u, Sıla dizisinin Firuz Ağa'sı usta oyuncu Namık Kemal Yiğittürk'ü 80 yaşında kaybettik. Kaldığı Darülaceze'de vefat eden değerli sanatçımıza Allah'tan rahmet diliyorum."

Qeyd edək ki, Namık Kemal "Kurtlar Vadisi"ndəki rolundan başqa "Sıla" serialında canlandırdığı Firuz Ağa obrazı ilə də tamaşaçıların rəğbətini qazanmışdı.

Fidan
Milli.Az