Zamiq sirrini AÇIQLADI

20 Oktyabr 2025 21:14

Müğənni Zamiq Hüseynov evindən paylaşdığı videoda formada qalmasının sirrini izləyiciləri ilə bölüşüb.

Milli.Az xəbər verir ki, ifaçı artıq 10 ildir səhərlər idmanla məşğul olduğunu bildirib.

Onun sözlərinə görə, səhərlər su içib saat yarım gəzir və yüngül qaçış edir, sonra isə səhər yeməyi yeyir. Zamiq qeyd edib ki, 10 ildir şəkər istifadə etmir, yalnız bal qəbul edir və çörəyi də suxarı olur.

"Səhər yeməyi həyatımın ən sevdiyim hissəsidir. Sağlam olun, təmiz qidalanın və idmanı unutmayın", - deyə sənətçi izləyicilərinə tövsiyə edib.

Asya
Milli.Az