İtkin futbolçu ölü tapıldı

20 Oktyabr 2025 18:39

Seneqallı futbolçu Şeyk Ture Qanada ölü tapılıb. 

Milli.Az xəbər verir ki, 18 yaşlı oyunçunun cinayətkar qrup tərəfindən oğurlandığı, hədə-qorxu və dələduzluq qurbanı olduğu bildirilir. Onun peşəkar klubda sınaqdan keçəcəyinə inandırıldığı, daha sonra ailəsindən fidyə tələb olunduğu ehtimal edilir.

Qana polisi futbolçunun ölüm səbəbini araşdırır.

Asya
Milli.Az