"iPhone 17 Pro Max"da rəng solması problemi var: İstifadəçilər narazıdır

20 Oktyabr 2025 17:10

"Apple"in yeni iPhone 17 Pro Max modellərində rəng dəyişikliyi problemi müşahidə olunur. Istifadəçilər telefonun narıncı rənginin solmasından şikayətləniblər. Sosial şəbəkələrdə yayılan görüntülərdə bu dəyişiklik xüsusilə çərçivə və kamera ətrafında aydın görünür.

Milli.Az xəbər verir ki, mütəxəssislər bu problemin alüminium səthdə oksidləşmə nəticəsində baş verdiyini bildirirlər.

"Apple" bu cür reaksiyaların qarşısını almaq üçün anodlaşdırılmış qoruyucu örtük tətbiq etsə də, bəzi cihazlarda bu təbəqənin qeyri-bərabər işlənməsi ehtimal olunur.

Rəng dəyişikliyi daha çox telefonun tez-tez toxunulan hissələrində özünü göstərir. "Apple" hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Asya
Milli.Az